Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Metroda PROBLEM - Sərnişinlər "Ulduz"da düşürüldü

Bu gün saat 11:00 radələrində "Həzi Aslanov-Dərnəgül" marşrutu ilə hərəkət edən qatarda nasazlıq yaranıb.
 
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  bildirib ki, bu səbəbdən sərnişinlər "Ulduz" stansiyasında düşürülüb.
 
Onun sözlərinə görə, qatar depoya göndərilib, əvəzinə qatar verilib:
 
"Nəticədə, iki qatar arasında intervaldan əlavə 2 dəqiqə fərq yaranıb. Ehtiyat qatar xəttə verildiyindən bu fərq qısa müddətdə aradan qaldırılacaq".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də