Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə 9-cu sinif şagirdləri arasında bıçaqlanma olub.
Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev faktı təsdiqləyib.
DİN rəsmisi qeyd edib ki, məlumatla bağlı müvafiq ekspertizalar təyin olunub:
"Şəxsi münasibətlər zəminində baş verən hadisədə xəsarət alan xəstəxanaya yerləşdirilib. Fakt üzrə araşdırma aparılır".
Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə şagirdlərin bir-birini bıçaqlaması barədə yayılan xəbərə aydınlıq gətirilib.
Məktəbdən Modern.az-a verilən açıqlamaya görə, VIIIa sinif şagirdinə (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) sanitar qovşaqda IXb sinif şagirdi tərəfindən ayaq və qol nahiyəsindən kəsici alətlə xəsarət yetirilib.
Dərhal təcili tibbi yardıma və polisə məlumat verilib. Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.