Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiya tələbələri müharibəyə göndərir

Rusiya Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərindən olan tələbələri döyüşlərə cəlb etməyi planlaşdırır.
 
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb.
 
"Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində səfərbərlik resursunun olmaması səbəbindən Rusiya hərbi komandanlığı ali təhsil müəssisələrinin tələbələrini döyüşlərə cəlb etməyi planlaşdırır. Rusiyanın Ukraynaya qarşı müharibəyə vətəndaşların səfərbər olunması ilə bağlı ciddi problemləri var. Rusiyada qondarma “gizli səfərbərlik” həyata keçirmək cəhdləri davam edir, aktiv kampaniya aparılır, həmçinin hərbi məktəblərin məzunları və kursantları döyüşə göndərilir.
 
Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, Rusiya Federasiyası sərhədyanı rayonlarda 2,5 minə yaxın ehtiyatda olan hərbçi hazırlayır, sonra onlar Ukraynaya döyüşmək üçün göndəriləcəklər”,- Baş Qərargahın yaydığı bugünkü məluumatda qeyd olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də