Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, Rusiyaya qarşı başlayan sanksiya müharibəsi dünyanın bir çox ölkələrini aclıq astanasına gətirib.
Patruşev bunu Moskvada Rusiya Federasiyası Təhlükəsizlik Şurasının rəhbərliyi ilə xarici dövlətlərin diplomatik nümayəndəliklərinin rəhbərləri arasında keçirilən görüşdə deyib.
“Rusiyaya qarşı başlayan sanksiya müharibəsi nəticəsində bütün dünyada sosial-iqtisadi vəziyyət kəskin şəkildə pozulub, bir çox ölkələr aclıq həddinə çatıb”.
Bir sıra Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına qarşı bir neçə sanksiya paketi tətbiq edib. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya Federasiyasına qarşı sanksiyaların nəticələrindən danışaraq, bunların ayrı-ayrı ölkələrdə aclıq ehtimalı ilə tam beynəlxalq ərzaq böhranına səbəb olacağını bildirib.