Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kadırov Ukraynaya daha 200 könüllü göndərdi

Daha 200 könüllü Ukraynadakı müharibədə iştirak etmək üçün Çeçenistandan yola düşüb.

Bunu Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.
 
"Müraciət edənlər çoxdur, bu gün 200 nəfər könüllü göndərilib, onların əksəriyyəti ruslardır", - Kadırov jurnalistlərə deyib.
 
Çeçenistanın niyə könüllülərin toplanma məntəqəsinə çevrilməsi ilə bağlı sualı cavablandıran Kadırov deyib ki, rus xalqı çeçenlərin “heç vaxt terrorçu və quldur olmadığını” və Rusiyaya qarşı döyüşmədiyini başa düşür.
 
"Onlar görürlər ki, biz Suriyada da, Donbasda da Rusiyanın maraqlarını müdafiə edirik. Ona görə də deyirlər ki, çeçen əsgərləri döyüşməyə layiqdirlər və biz sizinlə döyüşmək, şeytanlara qarşı sizinlə olmaq istəyirik”, - deyə Çeçenistan rəhbəri qeyd edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də