Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dədə Şəmşirin ruhuna ehtiram...






Kəlbəcərin işğaldan azad olunması ərəfəsində bu torpağın yetişdirdyi böyük şəxsiyyətlərdən biri, Azərbaycan aşıq sənətinin inkişafında özünəməxsus yeri olan Dədə Şəmşirə həsr olunmuş yeni kitab işıq üzü görüb. Doğrudur, indiyədək ustad aşıq olmaqla yanaşı, həm də böyük şair olan Dədə Şəmşirin yaradıcılığından bəhs edən çoxlu kitablar nəşr olunub. Bu kitabda isə XX əsr Azərbaycanın aşıq sənətinin görkəmli simalarından biri, ulu öndər Heydər Əliyevin də dediyi kimi, “qədim kömlərə malik Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində böyük əməyi olan” Aşıq Şəmşirin poetik yaradıcılığından seçmələr – onun hikmətli kəlamları toplanıb. Kitabın müəllifi Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, redaktoru Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevdir.

Müəllif yeni kitabının həm də Kəlbəcərin işğaldan azad edilməsi ərəfəsində kəlbəcərlilərə töfhə olduğunu deyir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də