Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Oğurluqda şübhəli bilinən gənclər TUTULDU

Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri Raqif Balakişiyev və Elgiz Quliyev qabaqcadan əlbir olaraq rayon ərazisindəki 2 fərdi yaşayış evindən müxtəlif məişət avadanlıqlarını oğurlayıb. Şübhəli şəxslər saxlanılaraq maddi sübutların bir qismi ilə birlikdə istintaqa təhvil verilib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də