ABŞ-da son 40 ilin ən yüksək inflyasiya rəqəmlərinin qeydə alınması ciddi müzakirələrə səbəb olub.
Dünyanın ən zəngin iş adamı İlon Mask da bu müzakirələrə qoşulub.
"Tesla" və "SpaceX"in qurucusu Mask ABŞ iqtisadiyyatının tənəzzülə uğrayacağını bildirib. Maskın sözlərinə görə, ABŞ-ın tənəzzüldən çıxması 12-18 ay çəkə bilər.
O, iqtisadi tənəzzülün ən böyük günahkarının ABŞ prezidenti Co Bayden olduğunu vurğulayıb: "Bayden administrasiyası çox iş görmür. Etiraf edək ki, bəzi məsələlərin həllində Tramp administrasiyası daha təsirli idi. Baydenin açıq şəkildə nə etdiyini anlamaq çətindir".
İlon Mask dəfələrlə Co Baydeni tənqid edərək onun fəaliyyətindən narazılığını bildirib: "Baydenin səhvi o idi ki, o, ölkəni dəyişdirmək üçün seçildiyini düşünürdü, amma əslində hər kəs onu daha az dram üçün seçdi" .