Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə təhlükə yaradan, ictimai qaydanı nümayişkaranə şəkildə pozan sürücü saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, DYPB-nin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində idarə etdiyi “VAZ-2106” markalı avtomobillə xuliqanlıq edərək rayon ərazisində ictimai qaydanı nümayişkaranə şəkildə pozan rayon sakini Ceyhun Zamanlı saxlanılıb. Həmçinin müayinə zamanı onun sərxoş halda avtomobili idarə etdiyi də müəyyən olunub.
Polis əməkdaşları tərəfindən C.Zamanlı barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəminin qərarı o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.