Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İrəvanın polis bölmələri etirazçılarla dolub

İrəvanda polis şöbələrinin saxlanma məntəqələrində boş yer qalmayıb. Bu səbəbdən aksiyalarda saxlanılan vətəndaşları polis şöbələri qəbul edə bilmir. 
 
Bu barədə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan məlumat verib.
 
“Bizi polis bölməsinə apardılar, amma orada qəbul etmədilər, yer olmadığı üçün “Erebuni” şöbəsinə gətirdilər. Bizə deyirlər ki, yer yoxdur”, - Köçəryan bildirib.
 
Qeyd edək ki, bu gün İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbilə keçirilən aksiyada iştirak edən sabiq prezident Robert Köçəryanın oğlu Levon Köçəryan saxlanılıb. Ümumilikdə 155 nəfər saxlanılaraq polis bölmələrinə aparılıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də