Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə yeni təyin olunan direktorlar ilə “Təhsil müəssisələrində illik fəaliyyətin icra vəziyyəti” mövzusunda görüş-seminar keçirilib.
Bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, görüşdə BŞTİ-nin müdir müavinləri Hüseyn Əsgərov və Orxan Kərimov, sektor müdirləri Fuad Babayev, Anar Mustafazadə, Kamran Əliyev, Səccət Mahmudov, Sevinc Rəsulova və Bəşarət Məmmədov ictimaiyyətlə əlaqələr işinin səmərəli təşkili və vahid informasiya mübadiləsinin təmin olunması, fəaliyyətin təşkili, illik hesabatların hazırlanma mexanizmləri və məktəbdaxili qiymətləndirmənin səmərəli təşkili, xüsusi hallar, hüquqi tənzimləmə, təhsil müəssisələrində təsərrüfat, təminat və təchizat işinin təşkili, vətəndaş məmnunluğu, kargüzarlıq və sənədlərlə iş mövzularında təqdimatlarla çıxış ediblər.
Seminar-görüşdə, həmçinin Prezident İlham Əliyevin son illər ərzində təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsil sahəsində aparılan islahatlardan danışılıb. Təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən olduğu diqqətə çatdırılıb.
Daha sonra yeni təyin olunan məktəb direktorlarına müvafiq məsələlər barədə tövsiyələr verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.