Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Putin MDB-yə yeni status verməyi TƏKLİF ETDİ

Rusiya prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinə (MDB) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusunun verilməsini təklif edib.

Vladimir Putin KTMT ölkələri liderlərinin görüşündəki çıxışında belə bir təklif irəli sürüb.

“Şanxay Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyindən olan tərəfdaşlarımızla əməkdaşlığı genişləndirmək lazımdır. Bizə elə gəlir ki, bu, məqsədəuyğun və düzgün olardı və biz bunu MDB-yə KTMT-də müşahidəçi statusu verərək müzakirə edəcəyik”, - deyə Vladimir Putin bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də