Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İsrailli nazir Azərbaycana gəlir

İsrailin kənd təsərrüfatı naziri Oded Forer bu həftə Azərbaycana səfər edəcək.
 
Bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb.
 
Qeyd olunub ki, səfər çərçivəsində israilli nazirin azərbaycanlı həmkarı İnam Kərimov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşləri planlaşdırılır.
 
Bundan başqa, Azərbaycan-İsrail bzines forumunun keçirilməsi nəzərdə tutulur.
 
O.Forerin nümayəndə heyəti ilə birgə kənd təsərrüfatı sərgisinə, aqrar mərkəzə baş çəkəcəyi, Azərbaycan biznes nümayəndələri ilə görüşəcəyi gözlənilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də