Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su bu mövsüm Xorvatiya Liqasında çempionluğu təmin edib.
Komanda 35-ci turun səfər matçında “Sibenik"ə 2:0 hesabı ilə qalib gələrək çempionluğa nail olub.
Bu qələbə ilə xallarının sayını 76-ya çatdıran Zaqreb təmsilçisi yarışın bitməsinə 1 tur qalmış ən yaxın izləyicisi "Hayduk" üçün (72 xal) əlçatmaz olub və çempionluğu rəsmiləşdirib. Mahir həlledici görüşdə sonadək ehtiyatda qalıb.
Beləliklə, "Dinamo" tarixində 23-cü dəfə ölkə çempionu olub. Emreli də legioner kimi ilk çempionluğu yaşayıb.