Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan “Avroviziya”nı boykot etməlidir? - 3 variant var

“Avroviziya” mahnı müsabiqəsində münsif səsverməsi zamanı texniki problem yaşanıb. Yarışmanın rəsmi resursunda Azərbaycan münsiflərinin Ukraynaya 6 səs verdiyi görünüb. Azərbaycanın münsiflər heyəti isə Ukraynaya 12 bal verildiyini bildirib.
Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sosial şəbəkədə diqqətçəkən paylaşım edib.
“Avroviziya”da Azərbaycanla bağlı baş verənlər məqsədyönlüdür, yoxsa texniki xəta olub?
Osman Gündüz suala cavabında bunları deyib:
“Düşünürəm ki, burada üç mümkün variant ola bilər:

1. Avroviziya kifayət qədər siyasiləşmiş bir yarışmaya çevrilib. Güman ki, siyasi motivlər əsasında, ikili standartlar əsasında yanaşma olub və AYB məqsədyönlü olaraq Azərbaycanın münsiflər heyətinin verdiyi balları nəzərə almayıb və səsvermə qaydalarını pozduğunu bəhanə edərək münsiflərimizi yarışdan kənarlaşdırıb.

2. Ola bilər ki, bizim münsiflər heyətində səsvermə ilə bağlı fikir ayrılığı olub və bununla bağlı öncədən, nəticələr elan olunandan qabaq informasiya sızıb. Yarışın qaydalarına görə, bu tip hallarda nəticələr nəzərə alınmır.

3. Güman etmək olar ki, münsiflər heyəti hansısa səbəblərdən canlı yayımda balları elan etmək istəməyiblər və məqsədyönlü olaraq bağlantı yaratmayıblar.

Yəni, necə deyərlər, səsvermədə məqsədyönlü olaraq iştirak etmək istəməyiblər”.


O.Gündüz məsələ ilə bağlı rəsmi açıqlama verilməli olduğunu vurğulayıb:

“Avropa Yayım Birliyi artıq rəsmi qərarını verib. Azərbaycanı manipulyasiyada və qaydaları pozmaqda ittiham edib. Münsiflər heyəti isə bunu təkzib edir.

Düşünürəm ki, bu xoşagəlməz proseslərdə Azərbaycanın adı hallandığından Azərbaycan hökumətinin bu məsələni araşdırması, canlı bağlantıya cavabdeh olan telekommunikasiya operatorlarına sorğular verməsi, münsiflərin iclasının protokollarına və gedişinə baxış keçirməsi və yekun nəticələr əsasında rəsmi açıqlama verməsi doğru olardı.

Əgər yuxarıdakılardan 1-ci variant doğru olarsa, onda bir müddət Azərbaycanın bu yarışı rəsmi olaraq boykot etməsi də nəzərdən keçirilə bilər”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də