Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qüdrət Həsənquliyevin “topdaşıyan” dediyi nazir kimdir?

Deputat Qüdrət Həsənquliyevin “unikal”a müsahibəsində nazirlər haqqında dediyi sözlər müzakirələrə səbəb olub. Hazırda nazir vəzifəsində çalışan bir məmurun vaxtilə deputatların “topdaşıyanı” olduğu deyən parlamentari ad çəkməsə də, sosial şəbəkələrdə həmin şəxsin kimliyi ilə bağlı müxtəlif fikirlər və iddialar səsləndirilir.
 
Deputat müsahibəsində bunları deyib: "Milli Məclisin komandası var idi, futbol oynayırdıq. Deputat həmkarlarımızdan biri həmin şəxsi qapının arxasına qoyurdu ki, gedən topları gətirsin. Yəni, vaxtilə futbol zamanı “topdaşıyan” adam indi nazir olub. Bəzən deputatları da saymırlar. Dediyim islahatlar aparılsa, belə təsadüfi adamların orada yüksək vəzifələrə təyin olunması mümkün olmayacaq”.
 
Deputatın “topdaşıyan” dediyi nazir əslində kimdir? 
 
Bu suala cavab tapmaq üçün Qüdrət Həsənquliyevin özü ilə əlaqə saxlayıb. O, həmin nazirin adının çəkilməsini istəmədiyini söyləyib.
 
"Bu məsələ ona görə gündəmə gətirilib ki, bəzi hallarda yüksək vəzifə tutmağa layiq olmayan şəxslər təyinat alırlar. Bu da hansısa təqdimatların nəticəsidir. Həmin insanlar daşıdıqları vəzifənin məsuliyyətini dərk etmirlər. Millət vəkilləri, parlamentlə əməkdaşlıq əlaqələri qura bilmirlər. Sadə insanlar da məhz bundan əziyyət çəkirlər. Söhbət kimisə aşağılamaq deyil, problemi gündəmə gətirməkdir", - deyə deputat fikirlərinə aydınlıq gətirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də