Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İrəvanda gərginlik - Hökumət binası mühasirəyə alındı

Ermənistan müxalifəti İrəvanda hökumət binalarından birini mühasirəyə alıb.
 
Mühasirəyə “Müqavimət” hərəkatının lideri İşxan Sağatelyan rəhbərlik edir.
 
O bildirib ki, binaya daxil olmaq lazım deyil, sadəcə olaraq bütün girişləri bağlamaq vacibdir. Mühasirədə olan binada Əmək Nazirliyi, Səhiyyə Nazirliyi və Ətraf Mühit Nazirliyi, həmçinin Statistika Komitəsi yerləşir.
 
Sağatelyanın sözlərinə görə, binada yerləşən nazirliklər artıq vətəndaşların maraqlarına xidmət etmir. Müxalifət funksioneri nazirlik rəsmilərini rəhbərliyin təzyiqlərinə boyun əyməməyə və onlara qoşulmağa çağırıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də