Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Evi sökülən Şəhid anasına 3 otaqlı mənzil verilib - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Şəhid Sübhan Mahir oğlu Abdurəhmanlının anası Mehriban Abdurəhmanlının evsiz olması iddialarına aydınlıq gətirib.
 
Agentliyin mətbuat xidmətinin rəhbəri Murad Həşimov bildirib ki, M. Abdurəhmanlıya dövlət tərəfindən mənzil verilib:
 
“Abdurəhmanlı Mehriban Səftər qızı 17 sentyabr 2021-ci ildə Ramana Yeni Yaşayış Kompleksində üçotaqlı mənzillə təmin olunub”.
 
Qeyd edək ki, sosial şəbəkələrdə Sabunçu rayonunda şəhid anasına məxsus olduğu deyilən evin sökülməsi ilə bağlı video yayılıb. Şəhid Sübhan Mahir oğlu Abdurahmanlının anası Mehriban Abdurahmanlı ağlayaraq bildirib ki, ona bağışlanan torpaq sahəsində tikmək istədiyi ev başına uçurulub. Şəhid anası qeyd edib ki, evin tikilməsi üçün İcra Hakimiyyətindən 3 min manat rüşvət istəyiblər.
 
Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev iddialarla razılaşmayaraq, dövlət tərəfindən şəhid anasına ev verildiyini bildirib.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin