![](https://moderator.az/fotobaza/orta/296555.jpg)
ƏTRAFLIOrbit
Azərbaycan Respublikası Xocavənd rayonunun 28-ci ildir işğal altında qalan rayon mərkəzindəki keçmiş xəstəxana binasının ərazisində yaşayış binalarının tikintisinə başlanılıb.Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, həmin beşmərtəbəli binalarda 115 ailə mənzillə təmin olunacaq.
![](https://moderator.az/fotobaza/orta/296556.jpg)
Proqrama əsasən, işğalçı hərbçilərin ailələrinə, çoxuşaqlı ailələrə və təqaüdçülərə veriləcək 115 üç-dörd otaqlı mənzilin tikilməsi planlaşdırılır. İnşaat işləri artıq başlanıb və 2022-ci ildə tamamlanması nəzərdə tutulub.
![](https://moderator.az/fotobaza/orta/296557.jpg)
Sultan Laçın