Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiyalı milyarderin müəmalı ÖLÜMÜ

Fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra rusiyalı oliqarxların ölümü şübhə doğurmaqda davam edir.
 
Belə şübhəli məqamlardan biri “Lukoyl”un keçmiş meneceri olan Aleksandr Subbotinin ölümü ilə bağlıdır. Onun ölümü qurbağa zəhəri ilə əlaqələndirilir.
 
Rusiya İstintaq Komitəsinin ilkin məlumatına görə, 43 yaşlı milyarder Subbotin alkoqol detoksuna görə şamanlardan dəstək alıb. Bu məqsədlə rus oliqarx qurbağa zəhəri ilə müalicə olunub. Bundan bir müddət sonra infarkt keçirən Subbotinə şamanlar valerian bitkisindən hazırlanmış ağrıkəsici qarışığı verib. Lakin Subbotin səhər saatlarında Aleksey Pindyurin və Kristina Teyxrib adlı 2 şaman tərəfindən ölü tapılıb.
 
Aleksandr Subbotinin ölümünün dəqiq səbəbi ürək dayanması kimi qeydə alınıb. Rusiya mediasından bəziləri şamanların rus oliqarxı peşəkarcasına öldürdüyünü iddia edib. Şamanlar isə ondan pul almadıqlarını, Subbotinlə dost olduqlarını bildiriblər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də