Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Eurovision”da ikinci yarımfinal - Nadir bu gün çıxış edəcək

Bu gün İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da 66-cı “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.
 
Yarımfinalda 18 ölkənin - Azərbaycan, Rumıniya, Şimali Makedoniya, Belçika, Kipr, İrlandiya, Estoniya, Avstraliya, San-Marino, Monteneqro, Polşa, Finlandiya, İsveç, Malta, İsrail, Gürcüstan, Serbiya və Çexiya təmsilçiləri səhnəyə çıxacaqlar. İlk onluğa daxil olmağı bacaran ölkələr finalda mübarizə aparacaqlar.
 
Azərbaycan təmsilçisi Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə çıxış edəcək.
 
Qeyd edək ki, İtaliyanın Turin şəhərinin ev sahibliyi ilə keçirilən “Eurovision 2022”nin ilk yarımfinalında 10 ölkə - Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya və Ermənistan finala yüksəlib.
 
Avropa Yayım Birliyi (EBU) və İtaliyanın “Rai” televiziya kanalının təşkilatçılığı ilə keçirilən dünyanın ən böyük canlı musiqi tədbirində bu il iştirak edən 40 ölkənin 35-i yarımfinallarda yarışır. Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliya yarışmaya birbaşa finaldan qoşulacaq. Ümumilikdə 25 ölkənin təmsilçiləri mayın 14-də keçiriləcək finalda öz performanslarını nümayiş etdirəcəklər.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin