Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zeynab Kazımova bu universitetə mətbuat katibi TƏYİN OLUNDU

Bakı Slavyan Universitetinin (BSU) yeni yaradılmış Mətbuat və informasiya mərkəzinə müdir təyinatı olub.

Bu vəzifəyə Zeynab Kazımova təyin edilib.

Xəbəri təsdiq edən Z.Kazımova bildirib ki, onun rəhbərlik edəcəyi Mətbuat və informasiya mərkəzi həm sözügedən ali təhsil ocağının media ilə əlaqələrini, həm BSU TV və radiosunun fəaliyyətini, həm də bu Mərkəzin iş planına uyğun olaraq, müvafiq layihə və təlimləri koordinasiya edəcək.

“Bu fəaliyyətin peşəkar və yüksək səviyyədə həyata keçirilməsi üçün əziz həmkarlarım, media nümayəndələri - sizinlə əməkdaşlığımız, ünsiyyətimizin hər zamankı kimi yüksək səviyyədə olacağına əminəm.
 
Bundan əvvəlki qurumlarda olduğu kimi, burada da təmsil etdiyim qurumun nüfuzunun qorunması, media ilə işin yüksək səviyyədə qurulması, işə peşəkarlıqla və vicdanla yanaşılması prinsiplərinə sadiq qalıram.
 
Hər zamankı kimi, üzərimə düşən vəzifənin öhdəsindən layiqincə, vicdanla gələrək, xalqıma, dövlətimə faydalı olmağı davam etdirəcəyəm”.

Qeyd edək ki, Z.Kazımova bundan əvvəl Azərbaycan Dillər Universitetində, Bakı Ali Neft Məktəbində, Gömrük Akademiyasında və Hesablama Palatasında mətbuat katibi işləyib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də