Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Baydenin xanımı Putindən müharibəni dayandırmağı XAHİŞ ETDİ

ABŞ-ın birinci xanımı Cill Bayden Ukraynaya qarşı törətdiyi genişmiqyaslı təcavüzə görə Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.
 
Xanım Baydenin müraciəti CNN-də müəllif köşəsində dərc olunub.
 
ABŞ-ın birinci xanımının sözlərinə görə, Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya ilə görüş zamanı o, Putinin qəddar təcavüzündən əziyyət çəkən ukraynalılara psixoloji yardım göstərilməsini təklif edib.
 
"O, mənə qadınların və uşaqların zorlanmasından, insanların necə güllələnməsi və öldürülməsindən, evlərinin necə yandırıldığını görən bir çox uşaq haqqında danışdı. Cənab Putin, xahiş edirəm, bu mənasız və qəddar müharibəni dayandırın", - Baydenin həyat yoldaşı Putinə müraciətində vurğulayıb.
 
Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin xanımı Cill Bayden dörd gün əvvəl Avropaya səfəri çərçivəsində Ukraynada olub. Səfər mümkün qədər məxfi saxlanılıb və mətbuat üçün qapalı keçirilib. ABŞ-ın birinci xanımı və Yelena Zelenskaya Ujqorodda Ukraynanın hərbi əməliyyatların davam etdiyi ərazilərdən məcburi köçkün düşən insanların məskunlaşdıqları məktəbə baş çəkiblər. Xanım Bayden Ukraynada cəmi 2 saat olub, sonra ölkəni tərk edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də