Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

2023-cü il seçkiləri Türkiyə üçün vacibdir - Ərdoğan

"2023-cü il seçkiləri Ərdoğan və AKP üçün deyil, Türkiyə üçün önəmlidir. Türkiyənin dünyanın ən inkişaf etmiş on ölkəsinə daxil olub-olmaması xalqın seçimindən asılı olacaq".
 Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan lideri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) regional təşkilatlarının rəhbərləri ilə görüşü zamanı bildirib.
 
Ərdoğanın sözlərinə görə, hər seçki vacib və kritikdir. Lakin bir ildən sonra keçiriləcək prezident seçkiləri Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edir, çünki bununla seçicilər ölkənin 2053-cü ilə qədər inkişaf vektorunu müəyyən edəcək.
 
Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri 2023-cü ilin iyun ayına təyin edilib. AKP və Milliyyətçi Hərəkat Partiyasının (MHP) daxil olduğu hakim Xalq Alyansı bir müddət əvvəl Ərdoğanın seçkilərdə vahid namizəd olacağını açıqlayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də