Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ABŞ kəşfiyyatı Putinin Ukrayna ilə bağlı sonrakı planlarını AÇIQLADI

ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynada apardığı müharibə yaxın aylarda “daha gözlənilməz xarakter alacaq və gərginləşəcək”.

Bu barədə ABŞ Konqresinə Milli Kəşfiyyatın direktoru Avril Heyns bildirib.

Heyns Putinin işğalının növbəti mərhələsinin acınacaqlı və qeyri-müəyyən mənzərəsini təsvir edib.

O bildirib ki, Putinin növbəti addımını qismən proqnozlaşdırmaq çətin olacaq, çünki “Rusiya prezidenti öz ambisiyaları ilə ordusunun hazırkı imkanları arasında uyğunsuzluqla üzləşib”.

Heyns deyib ki, Ukraynadakı vəziyyət prezident Putinin daha qətiyyətli addımlar atması ehtimalını artıra bilər.
 
Onun sözlərinə görə, ABŞ kəşfiyyatı Putinin Rusiyanın mövcudluğuna təhlükə hiss etməsə, onun nüvə silahından istifadə edəcəyinə inanmır.

ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəhbəri, general-leytenant Skott Berrier də deyib ki, Vaşinqton  Rusiyanın nə vaxtsa taktiki və ya nüvə silahından istifadə edəcəyini gözləmir.

Avril Heyns həmçinin bildirib ki, Putinin məqsədləri Donbasdan çox-çox kənara çıxır.

“Onlar uğur qazansalar belə, Donbasdakı döyüşlərin faktiki olaraq müharibəni bitirəcəyinə əmin deyilik”.

Onun sözlərinə görə, qısa müddətdə Putin Donetsk və Luqansk vilayətlərini tam işğal etmək, Xerson şəhərinə nəzarəti ələ keçirmək və potensial olaraq Moldovadakı tanınmamış Dnestryanı bölgəsinə quru yolunu genişləndirmək istəyir. Amma kəşfiyyat hesab edir ki, Dnestryanıya çatmaq üçün Putin Rusiya daxilində tam səfərbərlik aparmalı olacaq, o isə hələ bunu etməyib.

“Həm Rusiya, həm də Ukrayna hərbi sahədə irəliləyişə davam edə biləcəklərinə inandıqlarına görə, ən azı qısamüddətli perspektivdə əlverişli danışıqlar yolu görmürük”, - deyə Heyns bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də