Tanınmış jurnalist, “Səhər” qəzetinin təsisçisi Məzahir Süleymanzadə vəfat edib.
Bu barədə onun qardaşı Tahir Süleymanov sosial şəbəkədə bildirib.
Mərhumun yas mərasimi sabah (12 may) saat 11.00-dan "Zəm-Zəm" mərasim evində (Ünvan: Həzi Aslanov m. yuxarı çıxışı) keçiriləcək.
Məzahir Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. Uşaqlıq və gənclik illəri Şamaxıda keçib. S.M.Qənizadə adına 1 nömrəli orta məktəbin məzunudur. 1979-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. "İdman" qəzetinin xüsusi müxbiri, "Kommunist" qəzetinin müxbiri, məsul katibi, redaktor müavini vəzifələrində çalışıb.
Azərbaycan mətbuatı tarixində 2 milyon tirajla çıxan yeganə qəzetin - "Səhər"in yaradıcısı və baş redaktoru olub. Əməkdar mədəniyyət işçisi, Fəxri bədən tərbiyəsi və idman xadimidir.
O, bir müddət AFFA-nın və “Neftçi”nin mətbuat xidmətinin rəhbəri işləyib.
Ali Media Mükafatının ilk laureatlarından biridir. SSRİ Jurnalistlər İttifaqının xüsusi mükafatına, "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Mirzə Cəlil", "Araz" və başqa ədəbi mükafatlara layiq görülüb. Bir müddət pedaqoji fəaliyyətlə məşqul olub. Azərbaycan Yazıçılar Birliyinin üzvü, 20-dək kitabın müəllifi, redaktoru və naşiridir.
Məzahir Süleymanzadə Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbərliyində təmsil olunurdu.
Allah rəhmət eləsin...