Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiyada dörd qubernator İSTEFA VERDİ

Rusiyanın Mari El Respublikasının rəhbəri Aleksandr Evstifeev vəzifəsindən getmək qərarını bəyan edib.

"Mari El Respublikasının rəhbəri kimi səlahiyyət müddətimin başa çatması ilə əlaqədar istefamı qəbul etmək xahişi ilə Rusiya prezidentinə müraciət etdim", - Evstifeev Telegram kanalında yazıb.
 
Aleksandr Evstifeev 2017-ci ilin aprelində Mari El-in rəhbəri təyin edilmişdi.
 
Daha əvvəl Rusiyanın Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkin, Kirov vilayətinin başçısı İqor Vasilyev və onların Saratov vilayətindən olan həmkarı Valeri Radayev də oxşar qərarları açıqlayıblar.
 
Bundan öncə, Ryazan vilayətinin rəhbəri Nikolay Lyubimov yeni qubernator seçkilərində iştirak etməyi planlaşdırmadığını bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də