Ötən gün Filippində prezident seçkiləri keçirilib.
Seçkilərdə keçmiş diktator Ferdinand Markosun oğlu Ferdinand Markos qalib gəlib. Beləliklə, Markos ailəsi 36 ildən sonra yenidən hakimiyyətə qayıdıb.
Məlumat üçün bildirək ki, dünən Filippində 67,5 milyon insan yeni prezidenti seçmək üçün səsverməyə gedib. Yerli vaxtla saat 06:00-da başlayan səsvermə prosesi yekunlaşdıqdan sonra nəticələr açıqlanıb.
Nəticələrə əsasən, 21 il ölkəni idarə etmiş keçmiş diktator Ferdinand Markosun oğlu Ferdinand Markos 58,92 faiz səslə qələbə qazanıb. Markosun seçkilərdə ən yaxın rəqibi olan vitse-prezident Leni Robredo 28,11 faiz səslə geridə qalıb.
8 nəfərin prezidentlik uğrunda mübarizə apardığı seçkidə keçmiş boks ulduzu Menni Pakyao 6,58 faiz, Manila meri İsko Moreno 3,61 faiz, keçmiş milli polis rəisi senator Panfilo Lakson isə 1,7 faiz səs toplayıb.
Filippində dövlət başçısı ilə yanaşı, vətəndaşlar 24 nəfərdən ibarət Senatın 12 üzvünün, Nümayəndələr Palatasının üzvlərinin, habelə arxipelaq üzrə dövlət və yerli idarələr də daxil olmaqla 18 mindən çox məmurun seçilməsi üçün səs verib.
Qeyd edək ki, Markosun diktator ailəsi daha çox korrupsiya əməlləri ilə yadda qalıb. Lakin onun tərəfdarları Markosun hakimiyyətdə olduğu illəri “qızıl dövr” kimi qələmə verirlər. Ferdinand Markos qəddar avtoritar hakimiyyəti ilə dünyada ad çıxarıb.
İqtidarda olduğu illərdə həyat yoldaşı İmelda Markos və yaxın ətrafının 10 milyard dollar mənimsədiyi iddia olunur. Markos 1986-cı ildə xalq üsyanı nəticəsində kreslosundan devrilib və Havay adalarına qaçıb. O dövrdə Filippin iqtisadiyyatı dərin borc tələsinə düşüb, ölkə uzun illər böhran vəziyyətində olub. Bu mənada onunla eyni adı daşıyan oğlunun hakimiyyətindən gözləntilər birmənalı deyil.