Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sabahın havası: Yağış yağacaq, dolu düşəcək...

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-19° isti, Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-75 % olacaq.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də