Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Yarasa modeli yazın dəbi olacaq" - Leyla Əhmədova

Dəyişən hava şəratindən hiss etməsək də, artıq yaz fəsli gəlib.  Modelyerlər də yazın gəlişi ilə əlaqədar yeni kolleksiyalar hazırlayırlar. Bizi qarşıdan rəngarəng bir mövsüm gözləyir. Bu yaz-yay da hər kəsin geyinmək istədiyi əlvan rənglər mütləq olacaq. Hər il olduğu kimi bu il də yaz ayları özünəməxsus dəbi, fərqli geyim modelləri ilə yadda qalacaq.
 
Modelyer Leyla Əhmədova bu yazın dəbi haqqında danışıb.
 
 Leyla Əhmədova bildirib ki, hazırda dəri paltarlar dəbdədir. 
 

 
Modelyer qeyd edib ki, onları ipək, pambıq geyimlə qarışıq istifadə etmək mümkündür:
 
"Bu ilin yazında qısa ətəklərə, donlara üstünlük veriləcək. Şort-ətək modellər diqqətdə olacaq geyimlərdir. Tək şort-ətək yox, şalvar-ətək tipli modellər də dəbdə olacaq. Geniş modelli köynəkdən çox istifadə olunacaq. Xanımlar rahat geyim növü olan "yarasa" modelinə üstünlük verəcək. Rəngli krop modelləri də dəbdə olacaq geyimlərdəndir”.
 
L.Əhmədova bu ilin trendi olacaq ayaqqabı və çantalar barədə də danışıb:
 
"Hər il fərqli modellər dəbdə olur. Həm çanta, həm ayaqqabı dəbin əsaslarındandır. Yasəmən, moruq çalarlı, qızılı, akvamarin, məxmərgülü rəngləri dəbdə olacaq. Qızıl aksesusarlar da trend olacaq. Ümumiyyətlə son illər rəngarəng geyimlərə daha çox üstünlük verilir".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də