Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Lukaşenko bu dəfə Polşanı HƏDƏLƏDİ

Polşadan hərbi təhlükə yaranarsa, Belarus bu ölkəyə lazımi cavab verəcək. 
 
Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
 
"Qoy, Polşa buna cəhd etsin, biz anında cavab verəcəyik. Belarus qərb sərhədindəki vəziyyətdən narahat olmaya bilməz. Bizə Polşadan təhdidlər var. Biz vəziyyəti diqqətlə izləyirik. Mən hərbçilərə həmişə demişəm ki, biz heç nəyi əldən verməməliyik. 1941-ci ili təkrarlamamalıyıq. Ona görə də cavab verəcəyik",- deyə Lukaşenko Polşanı hədələyib. 
 
Belarus lideri cavab tədbirlərinin nədən ibarət olacağını açıqlamayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də