Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan nefti 119 dolları ÖTDÜ

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
 
Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,1 ABŞ dolları və ya 1,8% artaraq 119,04 dollar təşkil edib.
 
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də