Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mask tviterin gəlirlərini 5 dəfə artırmaq istəyir

Tviter kompaniyasının sahibi İlon Mask 6 il ərzində şirkətin gəlirini beş dəfədən çox artırmaq niyyətindədir.
Bu barədə “The New York Times” nəşri məlumat yayıb.
 
Bildirilib ki, Mask 2028-ci ilə qədər tviterin illik gəlirini 26,4 milyard dollara çatdırmağı planlaşdırır. Ötən il bu rəqəm 5 milyard dollara yaxın olub.
 
Eyni zamanda o, reklam gəlirləri ilə abunələrdən əldə olunan vəsaitlərin nisbətini sonuncunun xeyrinə dəyişmək istəyir. Beləliklə, altı ildən sonra ödənişli abunələrdən əldə olunan gəlir 10 milyard dollara çatmalıdır.
 
İş adamı, həmçinin sosial media istifadəçilərinin sayının 2028-ci ilə qədər dörd dəfədən çox artacağını - 2021-ci ilin sonundakı 217 milyon istifadəçidən altı il sonra 931 milyona çatacağını gözləyir. Maskın planlarına görə, onlardan 104 milyonu ödənişli abunəçi olacaq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də