Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanın ixracatında Rusiyanın payı AZALIR

Bu ilin ilk rübündə Azərbaycanın qeyri-neft ixracatı 727 milyon dolları keçib və bu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 45 faiz artım deməkdir.
 
Bu barədə danışan deputat Vüqar Bayramov bildirib ki, qeyri-neft ixracatında diqqəti çəkən əsas məqamlardan biri uzun müddət enerjidən kənar ixracda birinci olan Rusiyanın xüsusi çəkisinin azalmasıdır.
 
V.Bayramov qeyd edib ki, ötən il ümumi 2.7 milyard dollarlıq qeyri-neft ixracatımızın 32.3 faizi Rusiyanın payına düşüb:
 
"Xaricə neftdən kənar göndərdiyimiz hər 3 məhsuldan 1-ni alan şimal qonşumuz kənd təsərrüfatı və bir sıra sənaye mallarının əsas alıcısı idi. Artıq qeyri-neft ixracatımızın strukturu dəyişməkdədir. Bu ilin ilk rübündə Azərbaycanın qeyri-neft ixracatında Türkiyə birinci yerdədir. Bu müddətdə Türkiyəyə 255.2 milyon dollarlıq qeyri-neft məhsulu göndərilib. Rusiyaya isə cəmi 149.4 milyon dollar neftdən kənar məhsul göndərilib. Qardaş Türkiyəyə göndərdiyimiz qeyri-neft məhsulunun həcmi Rusiya ilə müqayisədə 1.7 dəfə çoxdur. Bu müddətdə qeyri məhsullarının 47.4 milyon dolları Gürcüstan, 33.3 milyon dolları İsveçrə, 28.9 milyon dolları isə ABŞ-a ixrac olunub".
 
Onun sözlərinə görə, 2022-ci ilin mart ayında da qeyri-neft sektoru məhsulları da ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (101,9 milyon dollar) birinci olub:
 
"Bu siyahıda Rusiya ikinci (30,4 milyon dollar) və Gürcüstan üçüncü (19,3 milyon dollar) olub. Türkiyənin qeyri-neft ixracatımızda önə çıxması qardaş ölkəyə göndərdiyimiz məhsulların müqayisəli şəkildə daha çox şaxələndirilməsi ilə bağlıdır. Təbii ki, Rusiya-Ukrayna müharibəsi kontekstində şimal qonşumuz ilə ticarə əlaqələrin əvvəlki il ilə müqayisədə azalacağı istisna edilmirdi. Türkiyənin hər zaman öndə olması sevindiricidir".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də