Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Milli Qəhrəmanın xatirəsi anılıb

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov və digər məsul əməkdaşlar Milli Qəhrəman Niyazi Aslanovun anım tədbirində iştirak edib.
 
Tədbir iştirakçıları Şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
 
Ailə üzvləri ilə səmimi söhbət zamanı icra başçısı qeyd edib ki,  Azərbaycan xalqının əzmi və dövlətimizin iqtisadi gücü, Prezident-Xalq-Ordu birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi Zəfər çalıb.
 
Qeyd olunub ki, Niyazi Aslanovun göstərdiyi qəhrəmanlıq Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Aslanov Niyazi Şərəfxan oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
 
Qeyd edək ki,  Niyazi Aslanov  5 may 1992-ci il tarixdə Tap-Qaraqoyunlu kəndinin yaxınlığında keçirilən əməliyyat zamanı qeyri-bərabər döyüşdə öz komandiri İsfəndiyar Əsədovu ölümdən xilas edərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də