Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Moskva”nı ABŞ batırıb? – İlginc faktlar üzə çıxdı

Rusiyanın Qara dənizdəki flaqmanı “Moskva” gəmisinin batması ilə bağlı ABŞ-dan yeni iddia irəli sürülüb.
 
NBC telekanalı ölkə rəsmilərinə istinadən ABŞ kəşfiyyatının ötürdüyü məlumatların Ukrayna ordusunun Rusiya kreyser gəmisi "Moskva"nı batırmasına kömək etdiyini bildirib.
 
Məlumata görə, Ukrayna qüvvələri Qara dənizdə görünən gəmi barədə amerikalılara sorğu göndərib. ABŞ kəşfiyyatı həmin gəminin Rusiyaya məxsus olduğunu təsdiqləyib və “Moskva”nın koordinatlarını Ukrayna tərəfinə ötürüb. Bundan sonra Ukrayna gəmini hədəf alıb. 
 
Xatırladaq ki, 510 nəfərlik ekipajı olmuş "Moskva" krayseri Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı idi. O İkinci Dünya Müharibəsindən sonra döyüşlərdə batmış ən böyük Rusiya hərbi gəmisidir. ABŞ gəminin aprelin 14-də "Neptun" raketləri ilə vurulduqdan sonra batdığını açıqlayıb. Rusiya isə bu iddiaları indiyədək təsdiqləməyib. 
 
Onu da bildirək ki, 1983-cü ildə istismara verilən "Moskva" raket kreyseri 700 km mənzilə malik 16 ədəd "Vulkan" qanadlı raketlərlə silahlanmışdı.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də