Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rus bölməsinə qəbulda YENİLİK

Bu il təhsildə başqa təcrübədən, yeni prioritetlərdən istifadə edirik.
 
Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov deyib.
 
Onun sözlərinə görə, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq prioritetlərin sayı artırılıb: "Belə ki, bu ildən etibarən məktəblərə qəbul zamanı ərazi ilə yanaşı bacı-qardaşın bir yerdə oxuması və valideyinlərin bu məktəblərdə çalışması məsələləri də nəzərə alınır".
 
O.Abbasov bu zaman şagirdlər üçün nə fərqlilik olacağını diqqətə çatdırıb:
 
"Burada şagirdlər onlar üçün fərqli məqamı nazirliyin birbaşa tərkibində olan 8 müəssisədə və 106 nömrəli gimnaziyada keçirilən müsabiqədə hiss edəcəklər. Yəni bu məktəblərdə rus bölməsinə yazılan şagirdlər həmin ərazidə yaşayırsa, qardaş-bacıları burada oxuyursa, onlar artıq müsabiqəni keçib avtomatik qəbul olacaq".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də