6 yaşı tamam olmamış şəxslərin 1-ci sinfə qəbulu mümkün deyil.
Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov deyib.
O.Abbasov bildirib ki, bunu nə sistem, nə də mövcud qanunvericilik qəbul edir: "Uşağın 6 yaşı yanvarda tamam olsa da, burada güzəşt tətbiq olunmur. İstənilən halda o, məktəbəqədər hazırlığa getməlidir. Artıq növbəti il birinci sinifə gedə bilər".
"Hazırda 2022-ci ildir. Bu o, deməkdir ki, 2014, 2015, 2016-cı illərdə dünyaya gəlmiş uşaqlar 1-ci sinfə qeydiyyatdan keçə bilər. Yaşı 8-dən yuxarı olanlar fərdi təhsilə düşür. Onlar yerli təhsil müəssisələrinə müraciət etməlidir", - deyə nazirlik rəsmisi əlavə edib.