Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nazarbayevin statusu konstitusiyadan çıxarılır

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin "qurucu prezident" statusu ölkə konstitusiyasından çıxarıla bilər.
 
Konstitusiyaya düzəlişlə bağlı işçi qrupun müvafiq təklifi Konstitusiya Şurasına daxil olub.
 
Nazarbayevin ölkə qarşısında xidmətlərinin hər kəsə bəlli olduğu və bunun ölkə konstitusiyasında ayrıca qeyd olunmasına lüzum olmadığı bildirilir.
 
Xatırladaq ki, 2019-cu ilin martında Nursultan Nazarbayev dövlət başçısı postunu tərk edib.  O, 1990-cı ildən Qazaxıstana rəhbərlik edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də