Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Qarabağ Azərbaycanındır” – Paşinyandan ETİRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətin Qarabağ nizamlanması üzrə danışıqların nəticəsiz qalması ilə bağlı ittihamlarına cavab verib.
Bu barədə Paşinyan parlamentdə keçirilən hökumət saatında danışıb.
 
“Danışıqlar prosesi 2018-ci ilin aprelində parlamentin tribunasında danışan eks-prezident Serj Sarkisyan tərəfindən iflasa uğradılıb. Üçüncü prezident deyib ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid etmək lazım deyil. Ermənistan Madrid prinsipləri deyilən danışıqlara razılıq verib. Siz Qarabağın Azərbaycanın tərkibində olmasını tanımısınız”,- deyən Paşinyan müxalifətə müraciət edərək, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bir daha bəyan edib.
 
Çıxış zamanı baş nazirlə müxalifətçi deputatlar arasında mübahisə yaranıb. 
 
Qeyd edək ki, aprelin 25-dən Ermənistanda müxalifət qüvvələrinin etiraz aksiyaları başlayıb. Aksiya iştirakçıları Qarabağla bağlı siyasətə görə hakimiyyətin istefasını tələb edirlər. Etiraz fəallığının artmasına Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı danışıqlar prosesinə dair bəyanatlar verməsi səbəb olub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də