Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Saxta qaziyə 30 sutka həbs verildi - VİDEO

Bakıda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən şəxs həbs edilib.
Ötən gün Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər 3 dəfə məhkum edilmiş 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov saxlanılıb.
 
Məlum olub ki, Ümid Məmmədov daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub.
 
Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan Ümid Məmmədov barəsində materiallar toplanaraq məhkəməyə göndərilib.
 
Nəsimi rayon Məhkəməsinin qərarı ilə Ümid Məmmədov inzibati qaydada 30 sutka həbs cəzasına məhkum edilib.
 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də