Bakıda 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan atanda onu xilas etməyə çalışan Zahid Niyazov Dövlət Gömrük Komitəsinin əməkdaşıdır.
Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verib.
Bildirilib ki, 1984-cü il təvəllüdlü Zahid Niyazovun vəziyyəti ağır stabil olaraq qalır:
"Dövlət Gömrük Komitəsinin rəhbərliyinin tapşırığı ilə hadisə zamanı xəsarət alan gömrük əməkdaşının müalicəsi Gömrük Hospitalında davam etdirilir və Hospitalın peşəkar həkimləri də gömrük əməkdaşının sağlamlığının bərpası üçün bütün zəruri addımları atırlar".
TƏBİB-dən Modern.az-a bildirilib ki, 37 yaşlı Zahid Niyazov xəstəxanaya daxil olarkən onda sol qolunun mil sümüyünün yerdəyişən sınığı, sol bazu oynağının çıxığı, döş qəfəsinin küt travması və burun qanaxması aşkarlanıb.
Mayın 3-də saat 12 radələrində Bakı şəhər sakini 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki hündürmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atıb.
Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, hadisə nəticəsində nəticədə X.Babayeva ölüb, Z.Niyazov isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. İlkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib.