Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daha bir neçə Rusiya bankı "SWIFT"dən çıxarılır

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel daha bir neçə Rusiya bankının “SWIFT” beynəlxalq banklararası ödəniş sistemindən çıxarılacağını bildirib.
 
Aİ nümayəndəsi bu barədə Latın Amerikası ölkələrinə səfəri zamanı deyib. Diplomat yeni məhdudiyyətlərin hansı kredit təşkilatlarına şamil ediləcəuini açıqlamayıb.
 
Borrel qeyd edib ki, maliyyə sektorunda daha çox Rusiya bankı “SWIFT” beynəlxalq banklararası ödəniş sistemindən çıxarılacaq:

"Bunların hansı banklar olacağını deyə bilmərəm, amma mütləq olacaq. Enerji sektorunda isə biz Rusiyanın neft idxalına əhəmiyyətli dərəcədə təsir edəcək tədbirlər axtarırıq".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də