Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiyalı deputatlara sanksiya tətbiq edildi

Yeni Zelandiya Rusiya Federasiya Şurasının 170 üzvünə və 18 maliyyə qurumuna sanksiya tətbiq edib.
 
Bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Nanaiya Maxuta məlumat verib.
 
O qeyd edib ki, Yeni Zelandiya Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı fəaliyyətini dəstəkləyənlərə yeni sanksiyalar tətbiq edib.
 
Məlumata görə, sanksiya siyahısına Rusiyanın Mərkəzi Bankı, Milli Rifah Fondu, “Alfa-bank”, “Rossiya” bankı, Qara Dəniz İnkişaf və Yenidənqurma Bankı, Moskva Kredit Bankı, “Qazprombank”, “Sberbank”, “Sovkombank”, “Novikombank”, “Rosselxozbank”, Rusiya Kommersiya Bankı (Krımda yerləşən), “Venşekonombank” və VTB daxil edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də