Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İsrail XİN Lavrovdan üzr istəməsini tələb edir

İsrailin xarici işlər naziri Yair Lapid Rusiyanın XİN başçısı Sergey Lavrovun İtaliya mətbuatına verdiyi müsahibədə səsləndirdiyi fikiləri “bağışlanmaz” adlandırıb.
 
Bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.
 
O, Rusiya hakimiyyətindən üzr istəməsini tələb edib.
 
“Bunlar bağışlanmaz və qalmaqallı bəyanatlardır, dəhşətli tarixi səhvdir və üzrxahlıq gözləyirik. Biz Rusiya ilə yaxşı münasibətlər saxlamaq üçün çox çalışırıq, amma bir xətt var və bu dəfə də sərhədi keçiblər. Rusiya hökuməti bizdən və yəhudi xalqından üzr istəməlidir”, - deyə Lapid bildirib.
 
Xatırladaq ki, Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskini Adolf Hitlerlə müqayisə edib. O, xüsusən də Zelenskinin yəhudi mənşəli olmasına münasibət bildirib. Lavrov iddia edib ki, Hitlerdə də yəhudi qanı olub. XİN başçısının bu fikirləri İsraildə etirazla qarşılanıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də