Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nadir Rüstəmli İtaliyada ilk məşqinə çıxdı

Azərbaycanın "Eurovision 2022" təmsilçisi Nadir Rüstəmli İtaliyada PalaOlimpico səhnəsində ilk məşqini edib.
 
Azərbaycan təmsilçisinin səhnə dekorasiyası nərdivan şəklində platformadan ibarətdir. Eyni zamanda maraqlı işıq effektləri səhnə nömrəsini daha güclü edir.
 
Qeyd edək ki, Azərbaycanın "Avroviziya-2022"də təmsil edəcək Nadir Rüstəmli müsabiqədə "Fade To Black" mahnısı ilə çıxış edəcək.
 
"Avroviziya-2022" mahnı müsabiqəsi Turində (İtaliya) keçiriləcək, yarımfinal 10 və 12 mayda, final mayın 14-də keçiriləcək. "Avroviziya-2022"nin şüarı "The Sound of Beauty"dir ("Gözəlliyin Səsi").
 
Nadir Rüstəmli ikinci yarımfinalın birinci hissəsində çıxış edəcək. "Avroviziya-2022" mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinə bəstəkar və prodüser İsa Məlikov rəhbərlik edəcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də