Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Mənşəyi məlum olmayan saytın əməkdaşı..." - Səfər Mehdiyevlə bağlı iddialara CAVAB

Ötən gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin Xaçmaz rayonunda vətəndaşları qəbulu prosesində mənşəyi məlum olmayan bir saytın əlində telefon tutaraq “peşə” fəaliyyətini yerinə yetirən bir sərgərdan “əməkdaş”ı həqiqətə uyğun olmayan, yanlış informasiyalar yayımlayaraq guya özünə reytinq yığıb.
 
Bunu DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqərlər idarəsinin rəisi Natiq Axundov bildirib.
 
N.Axundov qeyd edib ki, yayılan məlumatda Komitə sədrinin yalnız 4 nəfər vətəndaşın müraciətini dinlədikdən sonra qəbul prosesini dayandırdığı, qeydiyyata alınan digər şəxslərin müraciətlərinin dinlənilmədiyi iddia olunub:
 
"Əvvəla qeyd edim ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ümumilikdə 14 nəfər vətəndaşla görüşərək onların müraciətlərini dinləyib və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib. Müraciətlərdən 4-ü gömrük məsələləri, digərləri isə gömrük orqanlarında işə qəbulla bağlı olub.
 
İşə qəbulla bağlı müraciət edən vətəndaşlar Komitənin İnsan Resursları İdarəsi və digər struktur bölmələrinin rəhbərləri tərəfindən də dinlənilib və onlara gömrük orqanlarına işə qəbul prosesinin qanunvericiliyə əsasən xüsusi imtahan vasitəsilə həyata keçirildiyi barədə ətraflı izahat verilib. Sadəcə o sərgərdan “əməkdaş”ın yalnız 4 nəfərin qəbul prosesində iştirak edib çıxması və sonradan böhtan xarakterli məlumat yayması peşəsinə olan “sonsuz məhəbbət”inin təzahürüdür.
 
Onu da bildirim ki, Dövlət Gömrük Komitəsi sədrinin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq regionlarda vətəndaşlarla görüşü tam şəffaf şəkildə həyata keçirilir, gömrük məsələləri ilə bağlı şikayət, təklif və ya problemi olan bütün şəxslərin prosesdə iştirakı təmin olunur".
 
"Qəbul prosesi barədə yayılan yanlış informasiyalara gəlincə isə məlumatı hazırlayan şəxs qarşı tərəfin də fikirlərini öyrənməli, müsahibə aldığı vətəndaşların iddiaları, açıq qalan suallar barədə aiddiyyəti qurumun nümayəndələrindən cavab tələb etməliydi. Yazdıqlarını özündən başqa bir də özü oxuyan, nəinki gömrük sistemi, hətta media haqqında belə ibtidai biliklərə malik olmayanlardan bundan artığını gözləmək isə əbəsdir", - deyə komitə rəsmisi əlavə edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də