Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

SOCAR Ukraynada benzini bahalaşdırıb - Qiymətlər rekord qırır

“Ukraynanın yanacaq bazarında vəziyyət yerli əhali üçün kifayət qədər çətin olaraq qalır. Bəzi yanacaqdoldurma məntəqələrində onu ümumiyyətlə ala bilməzsiniz və gələcəkdə qiymət yalnız artacaq”.

Bu fikirlər Ukraynanın “Seqodyna” saytının aprelin 30-da dərc etdiyi məqalədə qeyd edilib.

Sayt Ukraynadakı yanacaqdoldurma məntəqələrində benzin, dizel və avtoqazın hazırkı qiymətini də diqqətə çatdırıb.
 
Bildirilib ki, aprelin sonunda yanacaqdoldurma məntəqələrində yenidən A-95+ markalı benzin peyda olub. Onu Avtotrans, Catral, Avias, OKKO, Socar şəbəkələrində almaq olar. Qiymətlər 1 litrə görə 35,79 qrivnadan başlayır, bazarda orta qiymət isə 36,41 qrivna təşkil edir.
 
Adi A-95 markalı benzinin litri 34,57 qrivnadan satılır. Onun növünün ən aşağı qiyməti 33,81 qrivna təşkil edir.

Ukraynada A-92 markalı benzin də bahalaşıb - hazırda orta bazar qiyməti 34 qrivna  təşkil edir. Bəzi yanacaqdoldurma məntəqələrində 32,75 qrivnadan satılır.
 
Litri 37,61 qrivnadan başlayan və 40,65 qrivnaya çatan dizel yanacağı üçün qiymətlərin çox geniş diapazonu var. Dizelin orta hesablı qiyməti 39,23 qrivna təşkil edir.

Bəzi yanacaqdoldurma məntəqələrində avtoqaz satışı da həyata keçirlir, qiymətlər 1 litrə görə 29,37 qrivnadan  başlayır. Pik göstərici 39,29 qrivna təşkil edir. Orta bazar qiyməti 30,46 qrivna təşkil edir.
 
İqtisadiyyat Nazirliyi əmin edib ki, yanacaqdoldurma məntəqələrində yaranan yanacaq çatışmazlığı probleminin həlli üzərində işləyirlər.
 
Bazardakı problemlər Rusiya qoşunları tərəfindən neft bazaları və fabriklərin sistemli şəkildə məhv edilməsi ilə izah olunur. Xüsusilə, əhəmiyyətli yanacaq ehtiyatlarının olduğu Kremençuq neft emalı zavoduna olan hücumlar diqqətə çatdırilıb.
 
“Treyderlər artıq Qərbi Avropadan Ukraynaya benzin tədarükü ilə bağlı razılığa gəliblər. Yaxın gələcəkdə növbəti partiya gətirilməlidir. Ancaq xaricdən mal almaq qiymətləri qaldıracaq”, - deyə məqalədə vurğulanır.
 
Ukraynada uzun müddətdir ki, bazarda qıtlıq və benzin, dizel və hətta avtoqazın qiymətinin qalxacağı proqnozlaşdırılırdı. Hazırda sürücülər yanacaqdoldurma məntəqələrində məhdudiyyətlərlə üzləşirlər - bir sürücüyə 10 litrə qədər yanacaq satılır.


Məqalədə bildirilir ki, yaxın gələcəkdə ukraynalılar A-92 benzinini unutmalı olacaqlar. Çünki Avropada satılmır və yalnız zədələnmiş Kremençuq neft emalı zavodunda istehsal olunurdu. İndi bu yanacağın ehtiyatı tükənmək üzrədir.
 
Qeyd edək ki, Ukraynada Azərbaycana məxsusu SOCAR yanacaqdoldurma məntəqələri də fəaliyyət göstərir və bu şəbəkədə də qiymətlər qaldırılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də