Bu gün yaşından, cinsindən asılı olmayaraq hər kəs bir amal üçün döyüşür və sevinir. Bəli, bu bizim haqqımızdır. Allahın bizə ədalətidir ki,qısa zaman aralığından sonra biz öz əzəli torpaqlarımıza qayıtdıq. Bunun üçün Azərbaycan xalqına,Azərbaycan əsgərinə və tarix yazan Cənab Ali Baş Komandan İlham Əliyevə sonsuz minnətdarıq ki,biz bu haqq savaşında qalib olduq və ərazi bütövlüyümüzü bərpa etdik.Təbii ki,bu qələbə bizə heç də asan başa gəlmədi.
Lap əvvəllərə getsək 1-ci Qarabağ savaşında ölkədə olan hərc-mərclik,hakimiyyət iddiasi və nizami ordunun olmamağı bizə bu münaqişədə məğlubiyyət acısı yaşatdı.Amma hər kəs bilirdi və inanırdı ki,bu qisa müddətlidir və biz öz ərazilərimizi yağı düşməndən xilas edəcəyik.1991-ci ildə ölkəmiz yenicə müstəqillik qazanmışdı, büdcəmiz hələ o qədər də yetərli deyildi,silah çatışmazlığı və s. kimi amillər öz təsirini göstərməkdə idi.
Ümummilli lider H.Əliyevin hakimiyyətə gəlməyi Azərbaycanı parçalanmaqdan xilas etdi.Yetərincə dövlət idarə etməsində təcrübəsi olan Ulu Öndərin hakimiyyətə gəlməyi ilə dövlət və dövlət strukturları arasında qarşılıqlı əlaqələrin qurulması işi, nizami ordu quruculuğunun yaranmasından da yan keçmədi.Xarici ölkələrdə təhsil almağa göndərilən hərbi kursantlar geri dönərək öz bilik və bacarıqlarını tətbiq etdi.Bunun üçün əlbəttə, böyük zaman lazım gəlirdi və bu zaman 27sentyabr 2020-ci ildə öz bəhrəsini vermiş oldu. Qeyd etməliyəm ki,2016-ci il aprel döyüşlərində bizim ordu düşmənə nəyə qadir olduğunu göstərdi.Vətən Müharibəsi aldandırdığımız bu savaşda bizim haqq səsimizə təbii ki, ilk dəstək verən qardaş ölkələr Türkiyə,Pakistan və İsrail oldu. Ali Baş Komandan İlham Əliyevin sərt mövqeyi, planlı siyasəti və xalqımızın birliyi nəticəsində biz düşməni öz torpaqlarımızdan qovduq.Ciddi itkilərə məruz qalan Ermənistan rəhbərliyi dünya ölkələrindən imdad diləsə də ilahi ədalət öz yerini tapmaqda idi.Azərbaycan ordusunun qarşısında tab gətirməyən işğalçı Ermənistan rəhbərliyi “ağ bayrağı” qaldıraraq Sülh Bəyanatını imzalamağa məcbur oldu. İmzalanan 3 tərəfli Ermənistan -Rusiya -Azərbaycan birgə bəyanatında 3rayonun silahsız tərk edilməsi müharibə tarixində yeni bir səhifənin yazılması oldu.
Bəzi insanlarda bu müqavilə müəyyən qədər narazılıq doğursa da, siyasətdə düşünülməmiş heç nə baş vermədiyini qeyd etmək istəyirəm. Bu imzalanan bəyanat qısamüddətlidir və bizim neçə-neçə hərbiçimizin itkisinin qarşını almış oldu.Gəlin 27 senytabrdan əvvəli düşünək ki, biz arzu edirdik ki, torpaqlarımız işğaldadır və biz onu nə vaxt işğaldan azad edəcəyik?
Artıq bu suala cavab var –biz Ali Baş komandan İlham Əliyevin və müzəffər ordumuzun sücayəti sayəsində öz torpaqlarımızı geri aldıq və oraya dönüşü səbirsizliklə gözləyirik.Həmçinin bu qələbə BöyükTuran -Türk İmperiyasının qurulmasının sürətlənidirilməsinin təməli oldu desək yanılmarıq.Var olsun Ordumuz ,Var olsun Ali baş Komandanımız.
İndi isə bu qələbənin iqtisadi tərəflərinə də nəzər yetirək.Bizim güclü iqtisadiyyatimiz var.Neft gəlirlərimiz və qeyri neft sənayesindən əldə olunan gəlirlər hesabına olan qısa müddətdə bütün kənd və şəhərlərimiz yenidən qurulacaq.Torpaqlarımızın işğaldan azad olunmağı büdcənin yüklənməsinin qarşısını almış olur və əlavə iş yerlərinin açılması xarici sərmayədarların investisiyası hesabına büdcəyə milyonlarla manat vergilərin daxil olmasını şərtləndirir.
Ərazinin çox böyük turizm infrasturkturu vardır.Azıx mağarası,İstisu bulağı,yüzlərə tarixi memarlıq abidələri və s.Ərazi faydalı qazıntılarla zəngindir. Kəlbəcər və Zəngilan rayonundakı dağ mədənlərinin(qızıl,gümüş,mis,alüminium, mərmər və s) bir neçə yüz milyon manatlıq gəlirliliyi vardır.Həmçinin Naxçıvanın blokadadan çıxması Türkiyə-Azərbaycan arasında quru yol ilə daşınmaların artmasına və həmin ərazilərin inkişafına təkan vermiş olacaq.
Əvvəllər Naxçıvandan İran ərazisi vasitəsi ilə uzun bir yol qət edirdik, əlavə vergi ödəyirdik. İndi isə qısa məsafə qət edərək, həmçinin daha az xərclə daşınmalar həyata keçirmiş olacağıq.Həmçinin, minlərlə hektar torpaq sahələrinin əkilməsi və becərilməsi kənd təsərrüfatı məhsullarının bazarda təklif artıqlığıni yaradacaq ki,bu da qiymətlərin aşağı düşməsinə öz təsirini göstərəcək.
Bu qələbə bizim həm ölkə olaraq, ərazimizin bərpasını, həm də iqtisadiyyatımızın güclənməsini təmin etdi.Bu qələbə münasibəti ilə Böyük Sərkərdə İlham Əliyev cənabları başda olmaqla bütün Azərbaycanlıları, bütün hərbçiləri, ürəyi Azərbaycanla döyünən milliyətindən asılı olmayaraq hər kəsi təbrik edirəm.Yaşasın Xalqımız!Yaşasın Birliyimiz!
Hörmətlə,keçmiş deputatlığa namizəd
Rəhimzadə Sənan İman oğlu
Bakı şəhəri, 23.11.2020