Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyəyə silah satışlarını asanlaşdırmalıyıq - Blinken

ABŞ dövlət katibi Entoni Blinken Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin büdcə iclasında Amerikanın xarici siyasətini qiymətləndirib.
Bu zaman o, Cənubi Karolina millət vəkilinin "Mənə görə, xarici hərbi satışlarımız lazımsız bürokratiya tərəfindən əngəllənir. Məsələn, Türkiyə və Hindistan kimi müttəfiqlərimizə kömək etmək və onlarla işləmək üçün bu bürokratiyanı necə aradan qaldıra bilərik" sualına cavab verib. 

Blinken deyib: "Mən sizinlə razıyam, xarici satışlarla, xüsusən də təcili satışlarla daha yaxşı məşğul olmalıyıq. Bu, əlbəttə ki, icra hakimiyyətinin səlahiyyətinə aiddir.  Bu, vacib bir məqamdır, çünki biz həmin ölkələrlə müttəfiqlik etsək, Rusiya ilə uzun müddətdir müdafiə sahəsində əlaqələri olan bir çox ölkələr münasibətlərinə yenidən baxar”.

ABŞ-ın müttəfiqləri ilə müdafiə sahəsində əməkdaşlıq sahəsində buraxdığı boşluğun Rusiya tərəfindən doldurulduğuna işarə edən Blinken, Vaşinqtonun bu ölkələrə silah satışı prosesini sürətləndirmək üçün Konqreslə daha yaxından işləməyə hazır olduğunu deyib.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin bu yaxınlarda Konqresə göndərdiyi məktubda F-16-ların Türkiyəyə satışının ABŞ-ın maraqlarına uyğun olduğu dəyərləndirilib. ABŞ dövlət katibi Blinken ötən həftə etdiyi çıxışda Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi alan Hindistana qarşı CAATSA (Amerikanın Düşmənlərinə Sanksiyalar Yoluyla Mübarizə Aktı) sanksiyalarının tətbiq edilib-edilməməsi ilə bağlı hələ yekun qərar vermədiklərini açıqlayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də